Hazırda manatın məzənnəsinin valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində formlaşması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.
Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın "Twitter" səhifəsində bildirilib.
Qeyd olunub ki, əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında ÜDM-ə nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amildir.