Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-mart ayları ərzində 57 min 813 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.
Xidmətdən Modern.az-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artım deməkdir.
Cari ilin ilk rübündə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,6 faiz artaraq 15 min 47 olub.