Azərbaycan əsilli rusiyalı iş adamı, milyarder Vahid Ələkbərov “Lukoyl” şirkətinin Direktorlar Şurasından və şirkətin rəhbəri vəzifəsindən ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə "Lukoyl” şirkəti rəsmi məlumat yayıb.
Şirkət bəyan edib ki, V. Ələkbərov nəzarət paketinin sahibi deyil. O birbaşa səhmlərin cəmi 3,12%-nə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43%-ə sahibdir.
Xatırladaq ki, Ukraynadakı müharibə səbəbindən Rusiya milyarderləri arasında ən çox itki verən iş adamı Vahid Ələkbərov olub. O, bu il 14 milyard dollar, yəni sərvətinin 60 faizini itirib.
“Bloomberg”in qiymətləndirməsinə əsasən, hazırda Vahid Ələkbərovun sərvəti 8,8 milyard dollardır. Azərbaycan əsilli iş adamı müharibənin dayandırılması üçün dəfələrlə Rusiya rəhbərliyinə müraciət edib.