Modern.az

Sahibkarlıqda özəl sektorun payı 84 faizdir

Sahibkarlıqda özəl sektorun payı 84 faizdir

25 Aprel 2022, 13:42

Azərbaycanda sahibkarlıqda özəl sektorun payı 84 faiz təşkil edir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

 

M.Musayev qeyd edib ki, Sahibkarlar günü ilə bağlı İçərişəhərdə təşkil olunmuş sərgini post-pandemiya dövründə ən iri iqtisadi tədbir saymaq olar.

 

"Sərgidə təkcə Azərbaycandan deyil, həm də Ukrayna, Belarus və digər ölkələrdən sahibkarlar iştirak edir".

 

O, həmçinin qeyd edib ki, Azərbaycan öz məhsullarını xaricdə fəal şəkildə təşviq edir:

 

"Bildiyiniz kimi, ölkəmiz dünyada neft ixracatçısı kimi məşhurdur. Amma son dövrlərdə Azərbaycan qeyri-neft ixracını təşviq edir və bugünkü gün biz bu sahədə ixrac göstəricilərinin sürətli artımının şahidi oluruq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi