SOCAR Azərbaycan Respublikasının Rusiya Federasiyasından idxal etdiyi qazın dəyərinin rublla ödənilməsinə dair yayılan məlumata münasibət bildirib.
Modern.az xəbər verir ki, şirkət yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir. Onun fikrincə, bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır.