Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın uzunmüddətli və qısamüddətli emitentin defolt reytinqlərini Bsəviyyəsində saxlayıb və reytinq proqnozunu Stabil olaraq təsdiqləyib. ABB-nin Dövlət Dəstəyi reytinqi isə NS səviyyəsində təsdiqlənib.
Agentliyin verdiyi şərhdə ABB-nin dayanıqlı maliyyə göstəricilərinə, o cümlədən möhkəm kapital buferlərinə malik olması xüsusi vurğulanır. Aşağı riskli kreditlərin portfeldəki ümumi payının, aktivlərin keyfiyyətinin, son üç ildəki layiqli gəlirliliyinBankın adekvat likvidlik mövqeyini əks etdirdiyi göstərilir. Bildirilir ki, ABB-nin böyük kapital buferi valyuta risklərini azaldır. Bankın kapital adekvatlığı göstəriciləri requlyativ tələbləri əhəmiyyətli şəkildə üstələyir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.