Modern.az

Bu şəxslərin pensiyası 170 manat artacaq

Bu şəxslərin pensiyası 170 manat artacaq

26 Aprel 2022, 16:30

Güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərin pensiyalarının orta məbləği 170 manat artacaq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

 

"Əmək pensiyaları haqqında" qanunun birinci oxunuşda çıxış edən komitə sədri bildirib ki, 45-ci maddəyə təklif olunan dəyişiklik nəticəsində Qanunun 9-cu maddəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq. Nəticədə həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manat artmasına imkan yaradacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi