Modern.az

\"Bank VTB\"nin kartları ilə bağlı əməliyyatlarda problem yoxdur

\

29 Aprel 2022, 12:39

Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya-Ukrayna müharibəsi nəticəsində qonşu ölkənin banklarının SWIFT-dən ayrılmasının Azərbaycanıın bank sektoruna təsirlərini araşdırır.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bnakının (AMB) Baş direktoru Fərid Osmanov onlayn mətbuat konfransında bildirib.

 

F.Osmanov qeyd edib ki, bu araşdırma həm yerli qurumlar, həm də beynəlxalq komissiyalar səviyyəsində aparılır və hazırda hesablaşma əməliyyatlarında problem yoxdur.

 

O əlavə edib ki, "Bank VTB"nin kartları ilə ölkədə əməliyyatlarda problem yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi