Modern.az

Sevgililər günündə 59 saata yaxın dayanmadan öpüşdülər

Sevgililər günündə 59 saata yaxın dayanmadan öpüşdülər

15 Fevral 2013, 10:56

Tailandda dünən”Sevgililər Günü” münasibətilə təşkil edilən “ən uzun öpüşmə” müsabiqəsinə qatılan cütlük yeni rekorda imza atıb. Onlar 58 saat 35 dəqiqə, 58 saniyə öpüşüblər. Modern.az xarici KİV-ə  istinadən bildirir ki, təşkilatçılar bunu tarixdə “ən uzun öpüşmə” olaraq qeydə alıb və cütlüyün Guinnesin Rekordlarına daxil olması üçün komissiyanın qərarını gözləyirlər. Cütlüyə sonda 3 min 300 dollar pul mükafatı və iki almaz üzük təqdim edilib.

Qeyd edək ki, 9 cütlüyün iştirak etdiyi müsabiqənin şərtlərinə görə öpüşmə zamanı oturmağa, istirahət etməyə və yatmağa icazə verilməyib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır