Modern.az

Bakı-Supsa ilə neftin nəqli DAYANDIRILDI

Bakı-Supsa ilə neftin nəqli DAYANDIRILDI

5 May 2022, 19:35

Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” (AÇG) meqastrukturunu işlədən və Böyük Britaniyanın neft nəhəngi BP-nin rəhbərlik etdiyi konsorsium Qərb istiqamətində, Bakı-Supsa marşrutu ilə Səngəçaldan Gürcüstanın Qara dənizdəki limanına neft nəqlini dayandırıb.

 

Modern.az xəbər verir ki, BP-dən verilən məlumata görə, bu marşrutla neft sonuncu dəfə aprel ayında ixrac olunub. O zaman neft Supsa limanından BP və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus iki tankerlə daşınıb.

 

Güman ki, indi konsorsiumun AÇG-də hasil etdiyi neftin hamısı Bakı-Tbilisi-Ceyhan əsas ixrac marşrutu ilə göndəriləcək.

 

Treyderlərin fikrincə, Bakı-Supsa vasitəsilə təchizatın dayandırılması hazırda neft tankerlərinin göndərilməsində problem yaşanan Qara dənizdəki logistikanın mürəkkəbliyi ilə bağlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi