2022-ci ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,3 min nəfərdən çox olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, onlardan 99,3 min nəfərdən çoxu yaşa, 13,8 min nəfərdən çoxu əlilliyə, 14,1 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.