Modern.az

Rusiyada inflyasiya son 20 ilin ZİRVƏSİNDƏ

Rusiyada inflyasiya son 20 ilin ZİRVƏSİNDƏ

13 May 2022, 21:29

Rusiyada illik inflyasiya aprel ayında 17,83 faizə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutu (Rosstat) məlumat yayıb.

 

Bu, 2002-ci ilin yanvarından bəri ən yüksək səviyyədir.

 

Məlumata görə, aprel ayında ölkədə ərzaq məhsullarının qiyməti 20,5 faiz artıb. Sözügedən dövrdə qeyri-ərzaq məhsullarının qiymətləri 20,2 faiz, xidmət məhsullarının qiymətləri isə 10,9 faiz bahalaşıb.

 

Rusiya Mərkəzi Bankının proqnozlarına görə, 2022-ci ildə ölkədə illik inflyasiyanın 18-23 faiz arasında olacağı gözlənilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi