Modern.az

Azərbaycanın apreldəki xam neft hasilatı açıqlandı

Azərbaycanın apreldəki xam neft hasilatı açıqlandı

14 May 2022, 10:13

2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barrel olub. Bunun 579,1 min barrelini xam neft, 114 min barrelini isə kondensat təşkil edib.


Bu barədə Modern.az-a Energetika Nazirliyindən verilən məlumatda bildirilib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən,  Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel həcmində olması nəzərdə tutulurdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi