Modern.az

Xarici ticarətimiz - RUSİYA yenə ilk yerlərdədir

Xarici ticarətimiz - RUSİYA yenə ilk yerlərdədir

16 May 2022, 12:04

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 100 ölkəyə məhsul ixrac, 140 ölkədən idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12194,2 milyon ABŞ dolları təşkil edib.

 

Ticarət dövriyyəsinin 9267,1 milyon dollarını və ya 76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2927,1 milyon dollarını (24,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 6340,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.

 

2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 9,5 faiz, o cümlədən ixrac 16,8 faiz artıb, idxal isə 3,7 faiz azalıb. 2022-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 45,0 faiz, real ifadədə 32,1 faiz artaraq 727,2 milyon dollar təşkil edib.

 

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 36,3 faizi İtaliya, 13,2 faizi Türkiyə, 5,8 faizi Rusiya, 4,4 faizi Çin, 3,7 faizi Ukrayna, 3,6 faizi Portuqaliya, 3,1 faizi İsrail, 2,6 faizi Yunanıstan, 2,4 faizi Gürcüstan, 2,3 faizi Tailand, 2,2 faizi Almaniya, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Birləşmiş Krallıq, hər biri 1,3 faiz olmaqla Rumıniya və Hindistan, hər biri 1,1 faiz olmaqla İran, Tunis və İspaniya, 11,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi