Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun sədrliyi ilə Kollegiya iclası keçirilib.
Bu barədə Palatadan Modern.az-a verilən məlumatda bildirilibı.
Qeyd edilib ki, iclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının Rəyi geniş müzakirə edilib və müvafiq qərar qəbul edilib.