Modern.az

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri kimdir? - DOSYE

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri kimdir? - DOSYE

İqtisadiyyat

20 May 2022, 15:43

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) yeni sədr seçilib.

 

Modern.az xəbər verir ki, Cəmiyyətin İdarə Heyətin sədri postu Vüqar Oruca həvalə olunub.

 

O, buna qədər Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin üzvü və qurumun sədr müavini kimi fəaliyyət göstərib.

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məsgul olan hüquqi və fiziki səxslərin, iqtisadçı alimlərin təsəbbüsü ilə yaradılıb və 1999-cu ilin fevralında Ədliyyə Nazirliyində ictimai birlik kimi qeydiyyata alınıb.

 

Hazırda respublikanın bir çox əmlak qiymətləndiriciləri və qiymətləndirmə sahəsində böyük təcrübəyə malik olan hüquqi səxslər, qiymətin əmələ gəlməsi və əmlak bazarı sahəsində tanınan iqtisadçı alimlər, maliyyə məsələləri ilə məsgul olan mütəxəssislər və elmi isçilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür.

 

Qeyd edək ki, AQC-nin yeni sədri Vüqar Oruc əvəllər Vüqar Bəyturan ad-soyadı ilə tanınırdı. O, 1993-2021-ci illərdə Milli Qurtuluş Partiyasına sədrlik edib.

 

Vaxtilə müxalifyönlü siyasi bloklarda təmsil olunan bu partiya son illər mövqeyi dəyişərək, hakimiyyəti dəstəkləyib. Və ötən il – 2021-ci il martın 5-də Milli Qurtuluş Partiyası hakim Yeni Azərbaycan Partiyasına birləşib. Birləşmə barədə qərar YAP-ın VII qurultayında qəbul edilib.

 

Vüqar Əlövsət oğlu Oruc (Vüqar Bəyturan) 1975-ci ildə Masallı rayonundaanadan olub. 1992-ci ildə Türk Millətçi Gənclər Təşkilatının, 1998-ci ildə isə Türk Millətçi Partiyasının qurucusu və sədri olub. Daha sonra Milli Qurtuluş Partiyasına birləşərək bu partiyanın sədri olub.

 

İqtisadiyyat Universitetindən məzun olan Vüqar Oruc “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktorudur. O, son vaxtlar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini postunu tuturdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi