Modern.az

Bank sektorunda son vəziyyət AÇIQLANDI

Bank sektorunda son vəziyyət AÇIQLANDI

İqtisadiyyat

24 May 2022, 11:39

Bu ilin 4 aydıda fəaliyyətdə olan bankların cəmi aktivləri 40,149.2 mln. manat, cəmi öhdəlikləri 35,159.2 mln. manat, balans kapitalı 4,990 mln. manat olub.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2022-ci ilin aprel ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 1.2%, 1.2% və 1% artıb.

 

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.9% (196 nəfər) artaraq 21227 nəfər təşkil edib.

 

Kredit portfeli aprel ayında 1.8% (312.2 mln. manat) artaraq 17,840.4 mln. manat olub. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 57.9% (10,328.3 mln. manat) təşkil edib. Ümumilikdə, cari ilin 4 ayında kredit portfelinin artımının 50%-i biznes, 36%-i istehlak, 14%-i isə ipoteka kreditəri hesabına olub. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.7% təşkil edib.

 

Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.5 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalıb. Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir - cəmi öhdəliklərin 81.4%-i və ya 28,613.7 mln. manat. Bankların depozit portfeli aprel ayında 1.3% (354.5 mln. manat) artıb. Hüquqi şəxslərin depozitləri hesabat ayında 1.2% (214.9 mln. manat) artaraq 18,273.3 mln. manat təşkil edib.

 

Rəsmi məlumata görə, əhalinin əmanətlərinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) artım trendi aprel ayında da davam edib.

 

Hesabat ayında bankların əmanət portfeli 1.4% (139.6 mln. manat) artaraq 10,340.4 mln. manat olub. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ötən aya nəzərən 2.7 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 9.1 faiz bəndi azalaraq 39.6% təşkil edib. 2022-ci ilin yanvar-aprel aylarında banklar 248.1 mln. manat xalis mənfəət, 389.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 57.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib (ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.5% və ya 13.7 mln. manat daha çox).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi