Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə yeni üzvlər təyin ediləcək.
Modern.az-ın məlumatına görə, bununla bağlı layihə Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Belə ki, iclasın gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi daxil edilib.