Modern.az

Paytaxt sakinləri 4 ayda 8 milyarda yaxın pul XƏRCLƏYİB

Paytaxt sakinləri 4 ayda 8 milyarda yaxın pul XƏRCLƏYİB

30 May 2022, 11:45

2022-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,4 faiz artaraq 7961,7 milyon manat olub.

 

Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4252,0 milyon manata çatıb.

 

Qeyri-ərzaq məhsullarının həcmi isə 9,7 faiz artaraq 3709,7 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 35,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi