Modern.az

Mərkəzi Bankın İdarə Heyətinin 3 üzvünün səlahiyyəti başa çatıb

Mərkəzi Bankın İdarə Heyətinin 3 üzvünün səlahiyyəti başa çatıb

İqtisadiyyat

31 May 2022, 11:12

“Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur və İdarə Heyəti 7 nəfərdən ibarətdir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin  “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” qərar layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

 

Komitə sədri qeyd edib ki, 4 əsas İdarə Heyətinin üzvlərinin 3-nün səlahiyyəti mart ayında başa çatıb:

 

“Bu səhər komitə iclasında hər iki təklif olunan namizədin tələblərə uyğun olduğu görülüb. Hər iki namizəd iqtisadçıdır, hər iki namizəd bu sahədə baş verə biləcək islahatları dəstəkləmək üçün potensiala və təcrübəyə malikdir”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi