Modern.az

“Azərişıq”dan növbəti YENİLİK

“Azərişıq”dan növbəti YENİLİK

İqtisadiyyat

6 İyun 2022, 11:18

"Azərişıq" ASC elektron xidmətlərlə bağlı növbəti yenilikləri təqdim edib. 

 

Modern.az xəbər verir ki, yeni xidmətlər sayəsində abonentlər evdən çıxmadan elektron hökumət üzərindən onlayn qaydada abonent kodunun addan ada keçirilməsini həyata keçirə biləcəklər. Həmçinin, bu xidmət əvvəl aidiyyəti üzrə ödənişli həyata keçirildiyi halda, artıq onlayn qaydada ödənişsiz olacaq.

 

"Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Deportamentinin direktor müavini Vüsal İsayevin sözlərinə görə, yeniliklərə abonentlərin geniş tarixçəsinin onlayn qaydada verilməsi də daxildir:

 

"Əhali və qeyri-əhali abonentlərin sayğac zədələnməsi ilə bağlı elektron qaydada müraciət etmək funksiyası aktivləşdirilib. Eyni zamanda xarici və yerli investorlar "Azərişıq" ASC elektrik şəbəkəsinə qoşulmaq üçün "ASAN xidmət" mərkəzlərinə və "ASAN Kommunal" mərkəzlərinə getmədən onlayn qaydada müraciət edə biləcəklər. Sayğac qoyulana qədər investorların qurum əməkdaşları ilə heç bir təması olmayacaq. Bununla yanaşı müraciətlər, müraciətə baxılma müddəti və digər bütün detallar elektron hökumət portalı üzərində "Azərişıq" ASC-nin bazasında qalacaq".

 

Qeyd edək ki, ASAN Kommunal vasitəsilə "Azərişıq" ASC öz abonentlərinə 19 elektron xidmət təqdim edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi