Modern.az

Palata ARDNF-nin büdcəsinə RƏY VERİB

Palata ARDNF-nin büdcəsinə RƏY VERİB

İqtisadiyyat

8 İyun 2022, 16:43

Hesablama Palatasında Vüqar Gülməmmədovun sədrliyi ilə Kollegiya iclası keçirilib.

 

Hesablama Palatasından Modern.az-a verilən məlumata görə, iclasda “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” müzakirə olunub.

 

Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabatın layihəsi Kollegiya tərəfindən məqbul hesab edilib.

 

Eyni zamanda, Hesablama Palatasının Rəyinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi