Modern.az

"Azeri Light"ın qiyməti 133 dolları ötdü 

İqtisadiyyat

15 İyun 2022, 09:54

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti yenidən artıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,57 ABŞ dolları və ya 3,5% artaraq 133,34 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu