Modern.az

Maşın almaq istəyənlərin nəzərinə! - Qiymətlər payızadək belə olacaq

Maşın almaq istəyənlərin nəzərinə! - Qiymətlər payızadək belə olacaq

İqtisadiyyat

15 İyun 2022, 15:58

Son aylar ərzində Azərbaycanın avtomobil bazarında bahalaşma qeydə alınmayıb.

Bunu Modern.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, bu ilin başlanğıcında ötən dövrlə müqayisədə avtomobil bazarında təxminən 2-5 faiz qiymət artımı müşahid edilib:

“Aprelə nisbətən may ayında avtomobil bazarında canlanma olub. Yay fəslinə doğru getdikcə, avtomobil alanların sayı artır. Bu ilin payızına kimi avtomobil bazarında ciddi qiymət artımı müşahidə etməyəcəyik”.

E.Cəfərovun fikrincə, 2-5%-lik qiymət artımı istehlakçı şirkətlərlə bağlıdır:

“İkinci əl avtomobil bazarında əsas tələb heçbek və sedanlaradır. Onların mühərrik həcmi 1500-dən 2500 kubsantimetrə qədərdir. Bundan əlavə, yeni maşınların bazarında isə tələb krosoverlərədir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi