Modern.az

Valyuta ehtiyatlarımız son 5 ilin maksimumuna çatıb

Valyuta ehtiyatlarımız son 5 ilin maksimumuna çatıb

İqtisadiyyat

16 İyun 2022, 11:37

Strateji valyuta ehtiyatlarının uzunmüddətli artım dinamikası davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilib.

 

Hesabata görə, 2016-cı ildən etibarən valyuta ehtiyatlarında müşahidə olunan artım 2021-ci ildə də davam edib. Artım həm ARDNF-in vəsaitləri, həm də AMB-nin valyuta ehtiyatları hesabına baş verib.

 

Mərkəzi Bankın valyuta ehtiyatlarında 2016-cı ildən bəri artım tendensiyası davam etməklə 2021-ci ildə 7.1 mlrd. dollara çatıb. Bütövlükdə, il əzində valyuta ehtiyatlarının həcmi son 5 ilin maksimumuna çatıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi