Modern.az

İlin sonuna olan inflyasiya PROQNOZU

İlin sonuna olan inflyasiya PROQNOZU

17 İyun 2022, 16:10

Azərbaycan Mərkəzi Bankı xarici mühitin nisbətən əlverişli olacağı şəraitdə inflyasiyanın ilin sonuna faktiki templərdən aşağı olacağını proqnozlaşdırıb.

 

Bu barədə AMB-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

 

Qeyd olunub ki, Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi