Modern.az

ABŞ-dan neft şirkətlərinə çağırış: Hasilatı artırın!

ABŞ-dan neft şirkətlərinə çağırış: Hasilatı artırın!

İqtisadiyyat

19 İyun 2022, 20:02

Ekspertlər üçüncü rübdə ABŞ-da benzinin qiymətinin bir qallon üçün rekord həddən - 5 dollardan 4,27 dollara enəcəyini proqnozlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib.

 

O qeyd edib ki, Vaşinqton dünya üzrə neft və qaz istehsalçılarını, o cümlədən OPEC-i yanacağın qiymətini endirmək üçün hasilatı artırmağa çağırır. Gələn həftə nazir ABŞ-ın neft-qaz şirkətlərinin rəhbərləri ilə problemi müzakirə etməyi planlaşdırır.

 

"Prezident Bayden dünyanın bütün təchizatçılarından istehsalı artırmağı xahiş edib. Buraya OPEC, bizim yerli neft və qaz hasilatçılarımız daxildir”, – Cennifer Qranholm CNN-ə müsahibəsində bildirib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi