Modern.az

Neft qiymətləri proqnozları 2 dəfə üstələyib

Neft qiymətləri proqnozları 2 dəfə üstələyib

İqtisadiyyat

22 İyun 2022, 11:32

"2022-ci ildə “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dolları olub". 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

O qeyd edib ki, bu dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün istinad götürülən qiyməti 2 dəfədən artıq üstələyib: 

 

"İqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları, orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində götürülüb.

 

Bu əsasda cari il üzrə 86,6 milyard manat həcmində nəzərdə tutulmuş ümumi daxili məhsul üzrə proqnoz yenilənir və artırılaraq 115,4 milyard manata, o cümlədən qeyri-neft sektoru üzrə 65,7 milyard manata çatdırılır. Ümumi daxili məhsulun real artım sürəti 5,5 faiz proqnozlaşdırılır".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi