Bu gün Azərbaycanda dövlət qullluqçularının peşə bayramıdır.
Modern.az xəbər verir ki, iqtisadçı Samir Əliyev dövlət qulluqçuları ilə bağlı bəzi statistik məlumatları açıqlayıb.
İqtisadçı statistik məlumatların analizinə əsasən bildirib ki, dövlət qulluqçularının təxminən 35%-i müxtəlif səviyyəli məsləhətçi qismində işləyir:
“Yəni ölkədə dövlət qurumlarında 9 mindən çox məsləhətçi çalışır. Onların 13,4%-i baş məsləhətçi, 3,8%-i böyük məsləhətçi, 8,7%-i aparıcı məsləhətçi, 9,2%-i isə sadəcə məsləhətçidir”.
Rəsmi məlumatlara görə, ölkə üzrə dövlət qulluqçularının ümumi sayı 26,7 min nəfərdir. Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1274,1 manatdır.
İş stajı əsasında bölgüyə görə, dövlət qulluqçularının 7 %-i 1 ilədək çalışanlar, 23,1 %-i 1ildən 5 ilədək çalışanlar, 25,9 %-i 5 ildən 10 ilədək çalışanlar, 17,2 %-i 10 ildən 15 ilədək çalışanlar, 26,8 %-ni 15 il və daha çox müddətdə çalışanlar təşkil edir.
25 yaşadək dövət qulluqçuları 2,5 %, 25-29 yaşadək 13,3 %, 30-34 yaşadək 17,3 %, 35-39 yaşadək 15,1 %,40-44 yaşadək 12,2 %, 45-49 yaşadək 9,3 %, 50-54 yaşadək 8,7 %, 55-59 yaşadək 10,4 %, 60-64 yaşadək 9,6 %-dir.
Ümumilikdə dövlət qulluqçularının 72 %-i kişilər, 28 %-i qadınlardır.