Modern.az

Azərbaycan və Türkiyə yeni saziş imzalayacaq

Azərbaycan və Türkiyə yeni saziş imzalayacaq

30 İyun 2022, 09:20

Türkiyə və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalanacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

 

Onun sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür, 10 ölkə ilə kənd təsərrüfatı üzrə müqavilələrin imzalanması üçün hazırlıq gedir.

 

V.Kirişçi qeyd edib ki, sözügedən 10 ölkə arasında Azərbaycan, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var.

 

Nazir, həmçinin bildirib ki, iqlim baxımından Türkiyədə istehsal edilməsi çətin olan məhsullar xaricdə icarəyə götürüləcək torpaqlara əkiləcək. Kənd Təsərrüfatı Nazirliyi Latın Amerikası və Afrikanın bir neçə ölkəsində torpaqların icarəyə götürülməsi ilə bağlı danışıqlara başlayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi