Modern.az

Büdcədəki artımlar bu sahələri əhatə edəcək - SİYAHI

Büdcədəki artımlar bu sahələri əhatə edəcək - SİYAHI

İqtisadiyyat

4 İyul 2022, 13:04

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

 

Modern.az-ın məlumatına görə, dövlət büdcəsinin gəlirləri 2 milyard 382 milyon manat və kəsiri 43 milyon manat artırılıb.

 

Bu vəsait əsasən aşağıdakı prioritet vəzifələrin maliyyə təminatına yönəldiləcək:

 

- İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi – 1 milyard 447 milyon manat;

 

- Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərərçəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsi – 34 milyon manat;

 

- Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üzrə – 588 milyon manat;

 

- Sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardımların, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üzrə – 519 milyon manat;

 

- Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi üzrə – 193 milyon manat;

 

- Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi – 163 milyon manat;

 

- Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üzrə 42 milyon manat.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi