Modern.az

SOCAR Xəzərdə risklərlə üzləşə bilər

SOCAR Xəzərdə risklərlə üzləşə bilər

İqtisadiyyat

5 İyul 2022, 11:03

Xəzərdə suyun səviyyəsi dəniz faunasının vəziyyətinə ciddi təsir edir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xaliq Məmmədov Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans zamanı deyib.

 

Onun sözlərinə görə, gəmilərin daxil ola bilmədiyi dayaz sularda tədqiqat aparmaq asan deyil:

 

"Xəzərin səviyyəsi sürətlə azalır və əgər bu tendensiya davam edərsə, SOCAR öz avadanlıqlarının texniki xidməti məsələsində risklərlə üzləşəcək".

 

Vitse-prezident qeyd edib ki, SOCAR-ın atmosferə zərərli tullantıların azaldılması, dekarbonizasiya üzrə strategiyaları var:

 

"Biz bu istiqamətdə ilk addımı atan birinci iri şirkət olduq və bu sahədə layihələri reallaşdırmaqda davam edəcəyik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi