Modern.az

Neft 65 dollara düşə bilər - PROQNOZ

Neft 65 dollara düşə bilər - PROQNOZ

İqtisadiyyat

5 İyul 2022, 13:20

Amerikanın “Citigroup” bankının analitikləri hesab edirlər ki, 2022-ci ilin sonunadək “Brent” markalı neftin bir barelinin qiyməti 65 dollara, 2023-cü ilin sonunda isə tələb azalarsa 45 dollara düşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

 

Bildirilib ki, tarix boyu neftə tələb dünyada baş verən böyük tənəzzüllər zamanı azalır. Lakin neftin qiyməti tənəzzül zamanı təqribən marjinal dəyərə düşür.

 

Ekspertlər qeyd ediblər ki, proqnozlaşdırılan ssenari “OPEC+” ölkələrinin neft bazarlarına müdaxilə etməməsi, həmçinin neft resurslarına investisiyaların azalması zamanı baş verə bilər.

 

Qeyd edək ki, bu günə olan məlumata görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 113 dollar ətrafındadır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi