Modern.az

Mərkəzi Bank 23-25% profisit proqnozlaşdırır

Mərkəzi Bank 23-25% profisit proqnozlaşdırır

İqtisadiyyat

5 İyul 2022, 14:59

Əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, bankın sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın xarici valyuta ehtiyatlarından istifadə etməklə banka 236 mln. ABŞ dolları həcmində vəsait satılıb.

 

Bu barədə Azərbaycan Mərkəzi Bnakından (AMB) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, cari ildə Mərkəzi Bankın xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 mln. ABŞ dolları həcmində artıb.

 

"İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır. Bundan əlavə, 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25% intervalında profisitin olacağı proqnozlaşdırılır", - AMB-nin məlumatında bildirilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi