Modern.az

Bu qurumun qaz borcu 20 milyondan çoxdur

Bu qurumun qaz borcu 20 milyondan çoxdur

İqtisadiyyat

8 İyul 2022, 12:22

"Bizim yığımla bağlı göstəricilər daha da yüksək ola bilərdi, ancaq “Azəristiliktəchizat”ın bizə borcu artmaqda davam edir. Bu rəqəm 20 mln. üzərindədir. Onu görə də, bizim yığım səviyyəmiz 105% deyil, 110% ola bilərdi”.

 

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

 

Baş direktor “Azəristiliktəchizat”a xüsusi müraciətlər edildiyini bildirib:

 

“Yay aylarında satışlarımızın az olduğu üçün, işçilərin əməkhaqqısı, təmir-tikinti proqramı, qazlaşma proqramının həyata keçirilməsi üçün bizə daha çox vəsait lazım olur, ona görə də biz “Azəristiliktəchizat” bununla bağlı müraciət etmişik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi