398 qazpaylayıcı stansiya SOCAR-ın Qaz İxrac İdarəsinin tabeçiliyindən “Azəriqaz”ın tabeçiliyinə verilir.
Modern.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin Baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası zamanı jurnalistlərin duallarını cavablandırarkən bildirib.
R.Əliyev qeyd edib ki, bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib və təhvil-təslim, işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib:
“1700-dən çox əməkdaş Qaz İxrac İdarəsindən “Azəriqaz” İstehsalat Birliyinin balansına veriləcək. Bizim həm əməkhaqqı fondumuz artır, həm də gələcəkdə təmir-tikinti işlərimiz artır. Bununla bağlı heç bir tarifə dəyişiklik olmur. Ona görə də biz maksimum çalışmalıyıq ki, debitor borclarımızın yığılması üzərindən bu xərclərimizi ödəyə bilək”.