Modern.az

Azad olunmuş bölgələrə köç edən təsərrüfatların sahibləri kimlərdi...

Azad olunmuş bölgələrə köç edən təsərrüfatların sahibləri kimlərdi...

9 İyul 2022, 09:45

Bu il azad olunmuş ərazilərdəki yaylaqlara 940 qoyunçuluq, 1101 arıçılıq təsərrüfatı köçürülüb.

 

İctimaiyyət arasında belə iddialar var ki, azad olunmuş bölgələrə köç edən təsərrüfatların sahibləri bəzi oliqarxlar və nazirlərdir. Yəni adi fermerlərin Qarabağ bölgəsinə getməsinin çətin proses olduğu vurğulanır.


İddialarla bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, faktlar olmadan istinad edib danışmaq çətindir:

 

“Dolayı təsdiqini tapa biləcək məlumatlar var ki, işğaldan azad olunmuş bölgələrdə iri aqro holdinqlərin yaradılması iri məmurlara bağlı olan şirkətlər tərəfindən həyata keçirilir.

Azad olunmuş bölgələrə köç edən təsərrüfat sahiblərinin oliqarx olması müzakirəyə açıqdır. Kifayət qədər ciddi iddiadır, rəsmi qurumların da boynunun borcudur ki, ictimaiyyəti məlumatlandırsın. Doğurdan da belə hallar təkrarlanırsa, bu məsələ ciddi suallar doğurur”.
 

Ekspert söyləyir ki, əhalini maraqlandıran suallara rəsmi qurumlar cavab verməlidir:


“İşğaldan azad olunmuş torpaqların iqtisadiyyata qazandırılması əhalinin orta işlə təminatı ilə bağlıdır. Əhali özü özünü işlə təmin edə bilməyəcəksə, aqrar sahədə çalışa bilməyəcəksə, o bölgələrə kimləri köçürəcəyik? İnsanlar orda necə dolanacaq, necə pul qazanacaq, mülkiyyət məsələsi necə həll olunacaq? Təəssüf ki, 44 günlük hərbi qələbə ilə başa çatan müharibədən az qala 2 il keçməsinə baxmayaraq, bu sulların cavabı açıq qalır. Hələ ki rəsmi qurumlar tərəfindən suallara cavab verilmir”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi