Modern.az

Prezidentin Agentlik sədri təyin etdiyi İdayətov kimdir? - DOSYE

Prezidentin Agentlik sədri təyin etdiyi İdayətov kimdir? - DOSYE

İqtisadiyyat

19 İyul 2022, 17:16

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə sədr təyin olunub.

 

Sərəncama əsasən, sözügedən vəzifəyə Samir Ayət oğlu İdayətov təyinat alıb.

 

Qeyd edək ki, o bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyində Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.


Modern.az saytı ictimai marağı nəzərə alaraq Samir İdayətovun qısa tərcümeyi-halını təqdim edir:

Samir Ayət oğlu İdayətov 10 may 1980-cı il təvəllüdlüdür.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib.

2011-2014-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb.

2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub.

2002-2017-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda şöbə müdiri, sədr işləyib.

2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat  Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini kimi çalışıb.

10.11.2021-ci ildən indiyə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyib.


Ailəlidir, 3 övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi