Modern.az

48 nəfər işinə bərpa olunub

48 nəfər işinə bərpa olunub

İqtisadiyyat

25 İyul 2022, 10:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 6 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 441,6 min manat  məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib. Ödənilən vəsaitin 96,8 faizi əməkhaqqı, qalan hissəsi sosial müavinətlər və kompensasiyadan ibarət olub.

 

Yanvar-iyun aylarında 48 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu