Modern.az

\"MİR\" ödəniş sistemilə bağlı danışıqlar gedir - AMB

\

29 İyul 2022, 11:25

Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Mir” ödəniş sisteminin Azərbaycanda fəaliyyət göstərməsi imkanlarını müzakirə edir.


Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fərid Osmanov bildirib.

 

"Bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur".

 

F.Osmanov qeyd edib ki, hökumətlərarası müzakirələrdən sonra nə qərar veriləcəksə, bu barədə ictimaiyyətə açıqlama veriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi