Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun İdarə Heyətində yetərsay olmaması, bu səbəbdən də qəbul edilən qərarların qanunsuz sayılması barədə fikirləri şərh edib.
Modern.az-ın məlumatına görə, onlayn keçirilən mətbuat konfransı zamanı T.Kazımov deyib ki, İdarə Heyətinin üzvlərini ölkə prezidentinin təqdim etdiyi namizədlər olmaqla Milli Məclis təsdiq edir:
"Bu gün onlar 3 nəfərdir, yəni tək saydadır və İdarə Heyətinin qərarlarının hüquqi qüvvəsi var. Bu, birmənalıdır".