Modern.az

Hesablama Palatasının sədrinin maaşı ARTIRILDI

Hesablama Palatasının sədrinin maaşı ARTIRILDI

29 İyul 2022, 15:52

Prezident İlham Əliyev “Hesablama Palatası” haqqında qanuna edilən dəyişiklikləri təsdiqləyib.

 

Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

 

Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

 

Qanuna əsasən, Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən müavinət verilməsinə dair müddəa da ləğv olunub.

 

Qeyd edək ki, qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi