Modern.az

Avrozonada inflyasiya rekord həddə çatdı

Avrozonada inflyasiya rekord həddə çatdı

İqtisadiyyat

29 İyul 2022, 19:32

Avrozonada inflyasiya iyulda rekord həddə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, inflyasiya Avropa Mərkəzi Bankına təzyiq göstərir.

 

Avrodan istifadə edən 19 ölkədə istehlak qiymətlərinin artımı iyulda bir ay əvvəlki 8,6 faizlə müqayisədə 8,9 faizə qədər sürətlənib.

 

İlkin inflyasiya pandemiyadan sonrakı vəziyyətlə bağlı idi, lakin son vaxtlar əsas səbəb enerji, metal və ərzaq məhsullarının qiymətlərinin artmasına təkan verən Ukraynadakı müharibənin nəticələridir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu