Modern.az

Əmək müqavilələrinin sayı 1,6 milyona çatıb

Əmək müqavilələrinin sayı 1,6 milyona çatıb

13 Avqust 2022, 10:56

Üç ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

 

Modern.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 292,1 min vahid artıb və bu il avqust ayının 1-nə 1 milyon 694,1 minə çatıb.

 

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 261,1 min vahid artaraq 801 min olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi