Modern.az

Avropadan Rusiyaya məhsul ixracı 18% artıb

Avropadan Rusiyaya məhsul ixracı 18% artıb

13 Avqust 2022, 19:15

İyun ayında Avropa İttifaqına üzv ölkələrin Rusiyaya mal ixracı 4,45 milyard avroya çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə RBC agentliyi Avropa Statistika qurumuna istinadən məlumat yayıb.

 

İyun ayında malların ixracı may ayı (3,78 milyard avro) ilə müqayisədə 18% çoxdur.

 

Bildirilir ki, Rusiyaya ən çox parfümeriya və kosmetika məhsulları ixracı artıb (38%, 234 milyon avro), eləcə də tibbi alətlər (optik, ölçmə, nəzarət) 38% artaraq 286 milyon avroya çatıb.

 

Plastik və plastik məmulatların ixracı 16% artaraq 234 milyon avroya, elektrik avadanlıqları və komponentlərinin ixracı isə 7% artaraq 187 milyon avroya çatıb.

 

Avropa İttifaqı ölkələri arasında Rusiyada ən böyük mal ixracatçısı Almaniyadır (iyun ayında 1,16 milyard avro, may ayı ilə müqayisədə +5,4%). İkinci yerdə İtaliya (523 milyon avro, may ayı ilə müqayisədə +2,9%) qərarlaşıb. Baltikyanı ölkələrdən ixrac iyunda may ayı ilə müqayisədə 34% artaraq 481 milyon avroya çatıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi