Modern.az

Azərbaycan Ukraynadan 148 milyon dollarlıq məhsul alıb

Azərbaycan Ukraynadan 148 milyon dollarlıq məhsul alıb

16 Avqust 2022, 20:41

Cari ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476,5 milyon dollar olub.

 

Modern.az xəbər verir ki, 7 ay ərzində Azərbaycan Ukraynadan 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Ukraynaya ixrac edilən məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub.

 

Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.

 

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikinci sırada yer alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi