Bolqarıstan hökuməti qaz tədarükünü artırmaq üçün Azərbaycanla danışıqları bərpa edəcək.
Modern.az xəbər verir ki, bunu Bolqarıstanın enerji naziri Rozen Xristov bildirib.
“Biz həcmin artırılması və qiymətlə bağlı razılaşma üçün Azərbaycanla intensiv danışıqlara başlamaq niyyətindəyik. Həcmi artırmaq üçün Azərbaycan tərəfi ilə danışıqlar apara bilərik. Onların şərtləri var, məsələ yenə qiymətlə bağlıdır. Biz əlavə həcmlə bağlı razılığa gəlməmişik, buna görə də bazar ertəsindən danışıqlara başlayacağıq”, - deyə nazir vurğulayıb.