Modern.az

AMB pul siyasətini niyə dəyişir? - SƏBƏB

AMB pul siyasətini niyə dəyişir? - SƏBƏB

İqtisadiyyat

31 Avqust 2022, 18:00

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə pul siyasətinin dəyişdirilməsilə bağlı məlumat yayıb.

 

Bu barədə qərarı Modern.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, pul siyasətinin dəyişdirilməsində məqsəd izafi likvidliyi minimallaşdırmaq, faiz dəhlizləri vasitəsilə onların bir hissəsinin dövriyyədən çıxarılmasına nail olmaq, eyni zamanda valyuta bazarında stabilliyin qorunub-saxlanılması, həmin alətlər vasitəsilə makroiqtisadiyyatda stabilliyi dəstəkləməkdən ibarətdir.

 

Deputatın sözlərinə görə, izafi likvidlik faizlərə, valyuta bazarlarına mənfi təsir göstərə bilən iqtisadi faktordur. İzafi likvidlik, eyni zamanda valyuta bazarındakı tələb-təklifi dəyişə bilir:

 

“İzafi likvidlik vəsaitlərin bir hissəsinin çərçivə alətləri vasitəsilə dövriyyədən çıxarılmasını tələb edir. Hazırda Mərkəzi Bank tərəfindən faiz dəhlizlərinin 4 faiz aşağı endirilməsi də birbaşa bank sektorunda izafi likvidliyin yuxarı olması ilə bağlı olub. Aparılan müşahidələrə əsasən, son aylarda bank sektorunda izafi likvidlikdə kəskin artım var. Doğrudur, bu artım daha çox sistem əhəmiyyətli bankların payına düşür. Orta və nisbətən kiçik hesab edilən banklarda izafi likvidlik  kifayət qədər kiçikdir”.

 

Həmçinin oxuyun:

Azərbaycanda pul siyasəti DƏYİŞİR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi