Modern.az

Banklararası Kart Mərkəzində sınaq işləri aparılacaq

Banklararası Kart Mərkəzində sınaq işləri aparılacaq

İqtisadiyyat

6 Sentyabr 2022, 14:30

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkənin kart infrastrukturu vasitəsilə aparılan əməliyyatlar zamanı effektivliyin və səmərəliliyin yüksəldilməsi, həmçinin təhlükəsizliyin təmin edilməsi məqsədilə 2016-cı ildə yaradılmış Banklararası Kart Mərkəzinin etibarlı fəaliyyəti daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı olaraq modernizasiya tədbirləri həyata keçirilir.

 

Bu barədə AMB-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, bu tədbirlər çərçivəsində Banklararası Kart Mərkəzinin müasir standartlar əsasında yenilənmiş texniki infrastrukturunun fövqəladə hallar zamanı davamlığının qiymətləndirilməsi məqsədilə 7 sentyabr 2022-ci ildən başlayaraq 3 gün müddətinə saat 03:00-04:00 aralığında (mübadilə kanallarında qısa müddətli kəsilmə ilə) sistemin fəaliyyətinin ehtiyat mərkəzlərindən təmin edilməsilə müvafiq sınaq işlərinin aparılması planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi