2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvaravqust aylarına nisbətən 113,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,0 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 114,2 faiz təşkil edib.